Sobolenko üçün şok məğlubiyyət: Son altı ilin antirekordu qeydə alındı!
Dünya reytinqinin liderləri sırasında yer alan belaruslu tennisçi Arina Sobolenko WTA-nın Yekun turnirinin qrup mərhələsinin ikinci turunda rusiyalı Mirra Andreyevaya 2:0 hesabı ilə uduzub.
TodayPress TV “OptaAce” statistik portalına istinadən xəbər verir ki, bu nəticə belaruslu tennisçinin son altı mövsümdə ən qısa müddətdə aldığı məğlubiyyət kimi qeydə alınıb.
Cəmi 1 saat 2 dəqiqə davam edən görüşdə Andreyeva hər iki setdə 6:4 və 6:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Sobolenko sonuncu dəfə 2018-ci ildə İndian-Uells turnirinin üçüncü turunda daha qısa müddətdə məğlub olub. Həmin vaxt belaruslu tennisçi Marketa Vondruşovaya 2:6, 2:6 hesabı ilə uduzub. Qarşılaşma 61 dəqiqə davam edib.
Namiq HUN