Kim Çen diktatorluğu 13 yaşlı qızına ötürür

Kim Çen diktatorluğu 13 yaşlı qızına ötürür
12.11.2026 10:48 Dünya

Kim Cu Ae son vaxtlar atasının yanında hərbi paradlarda, raket sınaqlarında və rəsmi tədbirlərdə getdikcə daha çox görünür. Şimali Koreya generalları ona xüsusi ehtiram göstərir, dövlət təbliğatı isə onu diktatorun “ən sevimli” övladı adlandırır.

TodayPress TV  “NEXTA” “X” kanalına istinadən xəbər verir ki,Cənubi Koreya kəşfiyyatının və Şimali Koreyanın keçmiş diplomatlarının məlumatlarına görə, Kim Cu Ae ölkənin növbəti lideri olmaq üçün hazırlanır. Ölkədən qaçan şəxslər bildirirlər ki, rəsmilər ona artıq vaxtilə gənc Kim Çen In atasını müşayiət edərkən göstərilən münasibətin eynisini sərgiləyirlər.

Bu arada, Pxenyan yeni yüksək sürətli torpedanın sınaqlarını elan edib. Şimali Koreyanın iddiasına görə, torpedo 2027-ci ildə silahlanmaya qəbul ediləcək. Lakin sınaqlara dair heç bir foto və ya video yayımlanmayıb.

Şimali Koreyada hakimiyyət yenidən ailə daxilində ötürülə bilər. Bu dəfə isə atadan qıza.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər