Vüsal Xəlilov: “QR kod ödənişləri standartlaşdırılır”

Vüsal Xəlilov: “QR kod ödənişləri standartlaşdırılır”
09.10.2025 10:49 Maliyyə

“QR kod ödənişlərinin standartlaşdırılması vətəndaşlara daha inklüziv və əlçatan xidmətlər təqdim etmək məqsədini daşıyır”.

TodayPress TV xəbər verir ki, bu barədə AMB sədrinin müavini Vüsal Xəlilov “Baku Fintech Forum 2025”də jurnalistlərə açıqlama verib.  

“Layihənin əsas ideyası ondan ibarətdir ki, istənilən bankın və ya fintex təşkilatının tətbiqi vasitəsilə bütün QR kod ödənişlərini həyata keçirmək mümkün olsun. Bu addım açıq ödəniş sisteminin formalaşmasına mühüm töhfə verəcək və fintex sektorunun inkişafını dəstəkləyəcək”, – deyə o bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər