Naxçıvana dotasiya 26 % azaldılır

Naxçıvana dotasiya 26 % azaldılır
17.10.2025 20:40 Maliyyə

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 211,6 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

TodayPress TV bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25,9 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,8 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər