Manatının nominal effektiv məzənnəsi avqustda artdı

Manatının nominal effektiv məzənnəsi avqustda artdı
30.09.2025 15:24 Maliyyə

Bu il sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,7 bənd təşkil edib.

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 6,5 bənd, ötən il sentyabrın 1-i ilə müqayisədə 1 bənd azdır.

Sentyabrın 1-nə manatın real effektiv məzənnəsi 114,7 bənd təşkil edib. Bu isə avqustun 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd, ilin əvvəlinə nisbətən 10,4 bənd, ötən illin sentyabrın 1-i ilə müqayisədə isə 4,1 bənd azdır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər