İqtisadiyyata kredit qoyuluşu 9%-ə yaxın artdı

Maliyyə

02.04.2026 15:34

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu ilin mart ayının 1-nə iqtisadiyyata kredit qoyuluşu 32 milyard 2.5 milyon manat təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 0,4 faiz və ya 138.8 milyon manat artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşu 8,8% və ya 2 milyard 599.6 manat artıb.

TodayPress TV

tag: İqtisadiyyat,Kredit,Artım,Manat,Todaypress.tv,