İcmal büdcənin gəlirləri AÇIQLANDI

Maliyyə

15.04.2026 16:46

Azərbaycanın icmal büdcəsinin gəlirləri 2027-ci ildə 48,1 mlrd. manat, 2028-ci il üzrə 49,4 mlrd. manat, 2029-cu il üzrə 51,78 mlrd. manat və 2030-cu il üzrə 53,8 mlrd. manat proqnozlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Məlumata görə, 2027-ci ildə icmal büdcənin xərcləri 50,1 mlrd. manat, 2028-ci il üzrə 50,8 mlrd. manat, 2029-cu il üzrə 52,2 mlrd. manat və 2030-cu il üzrə 53,85 mlrd. manat olacağı gözlənilir.

Ümumilikdə icmal büdcənin kəsiri müvafiq olaraq 2027-ci ildə 2 mlrd. manat, 2028-ci il üzrə 1,44 mlrd. manat, 2029-cu il üzrə 384,9 mln. manat və 2030-cu il üzrə 54,1 mln. manat müəyyən edilib.

TodayPress TV

tag: Azərbaycan,İcmal,Büdcə,Açıqlama,Todaypress.tv,