İcmal büdcənin gəlirləri 36 milyard manata yaxınlaşdı

İcmal büdcənin gəlirləri 36 milyard manata yaxınlaşdı
22.10.2025 14:56 Maliyyə

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35,86 milyard manat təşkil edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.

Bu dövrdə icmal büdcənin xərcləri isə 29,03 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 % çoxdur.

İcmal büdcənin profisiti isə son bir ildə 21% azalaraq 6 milyard 838,1 milyon manata enib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər