Estoniya Azərbaycan iqtisadiyyatına investisiyaları artırdı

Maliyyə

28.03.2026 19:40

2025-ci ildə Estoniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 14,985 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 14,863 milyon dollar və ya 122 dəfə artıb.

Məlumatlara əsasən, hesabat ilində Estoniyadan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% olub.

2024-cü ildə Estoniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 122 min dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

TodayPress TV

tag: Estoniya,AMB,İnvestisiya,Artım,Todaypress.tv,