Bakıda orta aylıq əməkhaqqı 8% dən çox artdı

Bakıda orta aylıq əməkhaqqı 8% dən çox artdı
24.09.2025 16:19 Maliyyə

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1376,3 manat təşkil edib.

TodayPress TV bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər