Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi apardı

Maliyyə

07.04.2026 13:23

Azərbaycan və Gürcüstan mərkəzi bankları arasında təcrübə mübadiləsi aparılıb.

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə Gürcüstan Milli Bankının nümayəndə heyəti AMB-də işgüzar səfərdə olub.

Səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsinə dair hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı stres-test çərçivəsi, həmçinin fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: Azərbaycan ,Gürcüstan ,Mərkəzi bank,Mübadilə,Todaypress.tv,