Azad olunmuş ərazilərinə nə qədər xərc çəkiləcək?

Maliyyə

15.04.2026 18:30

2027-2030-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 13,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 24,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, 2021-2025-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-ci ildə isə bu istiqamətdə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

TodayPress TV

tag: Azərbaycan,Azad Olunmuş Ərazilər,Yenidən Qurulma,Xərc,Büdcə,Todaypress.tv,