ARDNF London Qatvik hava limanına investisiya yatırdı

ARDNF London Qatvik hava limanına investisiya yatırdı
09.10.2025 12:45 Maliyyə

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-da yerləşən və "BlackRock"un tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq investisiya edib.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ARDNF-in Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.

Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik yerli hökumətin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarına qədər hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqr. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

2019-cu ildə "VINCI Airports" Qatvik hava limanının 50,01 %-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.

Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: "Bu mühüm investisiya layihəsi, davamlı dəyər və strateji əhəmiyyət daşıyan aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir".

GIP-nin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi bildirib: "Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq. Bu hava limanı həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edən yüksək keyfiyyətli infrastruktur layihəsidir."

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 70 milyard ABŞ dollarına yaxın olan ARDNF, borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

"Global Infrastructure Partners", "BlackRock"un tərkibində fəaliyyət göstərən və 189 milyard ABŞ dollarından artıq aktivləri idarə edən dünyanın aparıcı infrastruktur investorlarından biridir. Şirkət enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su təchizatı və tullantıların idarə olunması sahələrində böyükmiqyaslı və strateji əhəmiyyətli obyektlərin idarə olunmasında geniş təcrübəyə malikdir. GIP-nin real infrastruktur aktivlərinə yönəlmiş investisiya yanaşması, güclü tərəfdaşlıq şəbəkəsi və əməliyyat bacarıqları ona həm investorların kapitalını etibarlı şəkildə idarə etməyə, həm də fəaliyyət göstərdiyi regionlarda davamlı iqtisadi dəyər yaratmağa imkan verir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər