Qızılın qiyməti 3450 dolları keçdi
"Comex" birjasında 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 11 avqust 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3450 dollardan yuxarı qalxıb.
TodayPress TV-nin məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.
Məlumata əsasən, qiymətli metalın qiyməti 0,58% artaraq 1 troy unsiyası üçün 3450,7 dollar təşkil edib. Bakı vaxtı ilə saat 21:04-də qızılın qiyməti bir unsiya üçün 3449,5 dollar (+0,55%) təşkil edib.