İşdən sonra nə etdiyinə müdir nəzarət edə bilməz! – Fazil Mustafa

İşdən sonra nə etdiyinə müdir nəzarət edə bilməz! – Fazil Mustafa
13.10.2026 12:58 Sosial

Milli Məclisin deputatı Fazil Mustafa dövlət qulluqçularının elmi və yaradıcı fəaliyyətlə məşğul olması üçün dövlət orqanı rəhbərinin yazılı razılığının tələb edilməsinə yenidən baxılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, deputat bu barədə “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Fazil Mustafa bildirib ki, dövlət qulluqçularının elmi və yaradıcı fəaliyyətlə məşğul olması rəhbərin şəxsi münasibətindən və yazılı razılığından asılı olmamalıdır. Onun fikrincə, bu, insanın öz potensialını reallaşdırmaq hüququdur.

Deputat qeyd edib ki, dövlət qulluqçusunun elmi və yaradıcı fəaliyyəti onun xidməti vəzifələrini yerinə yetirməsinə mane olmursa, belə fəaliyyətə icazə verilməlidir. O hesab edir ki, dövlət qulluqçularını yalnız dövlət işi ilə məşğul olan, başqa maraqları və fəaliyyət sahələri olmayan şəxslər kimi təsəvvür etmək düzgün deyil.

Fazil Mustafa elmi fəaliyyət, o cümlədən dissertasiyaların müdafiəsi ilə bağlı məhdudiyyətlərin də nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Deputatın sözlərinə görə, elmi işlərdə plagiat və digər pozuntuların qiymətləndirilməsi müvafiq elmi qurumların səlahiyyətində olmalıdır.

O, yaradıcı fəaliyyətə bu cür məhdudiyyətlərin qoyulmasını tənqid edərək yanaşmanın dəyişdirilməsini təklif edib. Deputatın fikrincə, dövlət qulluqçuları iş vaxtından kənarda və xidməti vəzifələrinin icrasına mane olmayan formada elmi və yaradıcı fəaliyyətlə sərbəst məşğul ola bilməlidirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər