Təyyarə heyətinin iş və istirahət qaydaları müəyyənləşir

Təyyarə heyətinin iş və istirahət qaydaları müəyyənləşir
13.10.2026 12:40 Sosial

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.

TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

“Aviasiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisi heyətinin üzvünün bir və ya bir neçə ardıcıl uçuşu yerinə yetirmək üçün hava limanına gəlməsi ilə başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər davam edən müddət kimi müəyyən edilir. Hava limanına gəlmə vaxtı hava gəmisinin istismarçısı tərəfindən müəyyənləşdirilir.

Əmək Məcəlləsinə də bu dəyişikliklərə uyğunlaşdırıcı xarakter daşıyan müddəaların əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər