Azərbaycanda təyyarə ilə səyahət ucuzlaşacaq? – Parlamentdə VACİB TƏKLİF
“Adi vətəndaş üçün təyyarə ilə səfər etmək əlçatmaz olmamalıdır”.
TodayPress TV xəbər verir ki, deputat Razi Nurullayev bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Razi Nurullayev bildirib ki, insanların dünyanı tanıması və müxtəlif ölkələrə səfər edə bilməsi üçün münasib qiymətlərlə səyahət imkanları yaradılmalıdır. Bu baxımdan, uçuş marşrutlarının artırılması, rəqabət imkanlarının genişləndirilməsi və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınması vacibdir.
Deputat ümidvar olduğunu bildirib ki, Azərbaycan aviasiyasında həyata keçirilən müsbət dəyişikliklər davam edəcək, daha çox istiqamət üzrə uçuş imkanları yaranacaq və aviabiletlər vətəndaşlar üçün daha əlçatan olacaq.
Onun sözlərinə görə, aviabiletlərin əlçatanlığını məhdudlaşdıran amillərdən biri münasib qiymətə təklif olunan biletlərin sayının az olmasıdır. Buna görə də daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanların genişləndirilməsi vacibdir.
Razi Nurullayev aviasiyanın inkişafı istiqamətində görülən işlərin gələcəkdə həm Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə, həm də vətəndaşların səyahət imkanlarının artmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.
Qiymət Mahir