Laos Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Laos Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
13.10.2026 14:20 Siyasət

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.

TodayPress TV xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.

TodayPress TV

FOTOLAR

Laos Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib — 1
Laos Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib — 2
Laos Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib — 3
XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər