“Formula-1”də yeni zirvə: Maks Ferstappendən 50-ci poul zəfəri!
“Red Bull” komandasının dörd qat dünya çempionu Maks Ferstappendən növbəti tarixi nailiyyət qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Sinqapur Qran-prisini qazanan niderlandlı pilot “Formula-1” tarixində bir komandanın heyətində 50 və ya daha çox poul qazanan üçüncü pilot olub.
Nəticədə 28 yaşlı sürücü Mixael Şumaher və Lyuis Hemiltonun daxil olduğu nüfuzlu siyahıya adını yazdırıb.
Lyuis Hemilton - 78 poul (“Mercedes”)
Mixael Şumaher - 58 poul (“Ferrari”)
Maks Ferstappen - 50 poul (“Red Bull”)
Qeyd edək ki, Maks Ferstappen ümumilikdə karyerası ərzində 50 poul həddinə çatan beşinci “Formula-1” pilotu olub.
Namiq HUN