Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı - Beşi şagirddir

Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı - Beşi şagirddir
13.10.2026 13:30 Gündəm

Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən TodayPres TV-yə verilən xəbərə görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.





TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər