Çempionlarımız dünya reytinqini silkələdi: Əhməd Yusifov və Zelim Tçkayev 1 nömrədir

Çempionlarımız dünya reytinqini silkələdi: Əhməd Yusifov və Zelim Tçkayev 1 nömrədir
13.10.2026 14:04 İdman

Beynəlxalq Cüdo Federasiyasının (IJF) yenilənmiş dünya reytinqində Azərbaycan cüdoçuları mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

TodayPress TV xəbər verir ki, mundialda Azərbaycan idman tarixinin rekord nəticəsinə imza ataraq yeddi medal qazanan yığmamızın üzvləri yeni siyahıda liderlik mövqelərinə yüksəliblər.

60 kq çəki dərəcəsində dünya çempionu olan Əhməd Yusifov 5180 xal toplayaraq beşinci pillədən birbaşa birinci yerə çıxıb. Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz, reytinqin əvvəlki lideri Balabəy Ağayev isə 4823 xalla ikinci sıraya enib.

Mundialın gümüş medalçısı Zelim Tçkayev (81 kq) 4662 xalla dünya reytinqinin zirvəsinə yüksəlib. Eyni çəkidə Bakıdakı mundialın bürünc medalını qazanan Ömər Rəcəbli 3647 xalla altıncı yerdəki mövqeyini qoruyub.

Digər diqqətçəkən nəticələr aşağıdakı kimidir:

Uşanqi Kokauri (+100 kq) - 4690 xal toplayaq üçüncü pillədən ikinci yerə yüksəlib. Onun ən yaxın izləyicisi dünya çempionatının bürünc medalçısı Kənan Nəsibov isə 3920 xalla dörddə qərarlaşıb.

Murad Fətiyev (90 kq) - 4005 xalla dünya reytinqində üçüncü yerini qoruyub.

Rəşid Məmmədəliyev (73 kq) - 4543 xalla bir pillə irəliləyərək dördüncü olub.

Paris-2024 Yay Olimpiya Oyunlarının çempionları olan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) üçün dünya çempionatı uğursuz alınıb. Hidayət Heydərov 1933 xalla dörd pillə geriləyərək 20-ci sıraya düşüb, Zelim Kotsoyev isə 2894 xalla bir pillə itirərək 12-ci yerə enib.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər