Saakaşvili Azərbaycanı dəstəklədi: “Cəsarətli addımdır!”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan məktəblərində şagirdlərin vahid geyim formasının tətbiq olunmasını təqdir edib.
TodayPress TV xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bunu dünyəvi dövlətin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
M.Saakaşvili Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsini və islamçı qüvvələrin təsirinin qarşısının alınmasını vacib hesab edib.
O, həmçinin, İranın Azərbaycandakı təsir imkanlarının məhdudlaşdığını bildirərək, bu ölkənin Gürcüstanda yaşayan azərbaycanlıların dini radikallaşmasına fəal şəkildə təsir göstərdiyini vurğulayıb.
Eks-prezidentin sözlərinə görə, bu proses Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır.
Sabiq prezident vurğulayıb ki, Gürcüstandakı islamçı qüvvələrin fəaliyyəti təkcə bu ölkə üçün deyil, Azərbaycan və bütövlükdə region üçün də təhlükə mənbəyidir.