Neftin qiymətində KƏKİN ARTIM müşahidə olunur

Neftin qiymətində KƏKİN ARTIM  müşahidə olunur
09.05.2026 09:15 İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox artıb.

TodayPress TV xəbər verir ki, ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,23% və ya 1,23 ABŞ dolları artaraq bir barel üçün 101,29 ABŞ dollarına yüksəlib.

NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçersləri 0,64% və ya 0,61 ABŞ dolları bahalaşaraq bir barel üçün 95,42 ABŞ dolları olub.

Analitiklərə görə, neft qiymətlərinin artmasına səbəb ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında tədarük riskləri ilə bağlı narahatlıqlar olub.

TodayPress TV



XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər