Bu tarixdən maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz

Bu tarixdən maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz
30.10.2026 10:47 İqtisadiyyat

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barədə məlumat verdiyini açıqlayıb.

“Bu, həm istehlakçı hüquqlarını qoruyacaq, həm də bazarda rəqabəti artıraraq faizlərin də enməsinə səbəb ola bilər”, - Ə.Həsənov qeyd edib.


TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər