Bu şəxslər gəlir vergisindən azad edilir
Fiziki şəxslərin gəlir vergisi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir.