Azərbaycan və Özbəkistan arasında böyük layihələrin əsası qoyuldu

Azərbaycan və Özbəkistan arasında böyük layihələrin əsası qoyuldu
22.08.2026 18:52 İqtisadiyyat

Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

"Azərbaycan-Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir", - M.Cabbarov vurğulayıb.

FOTOLAR

Azərbaycan və Özbəkistan arasında böyük layihələrin əsası qoyuldu — 1
Azərbaycan və Özbəkistan arasında böyük layihələrin əsası qoyuldu — 2
XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər