Azərbaycan neftinin qiyməti 106 dolları ötdü

Azərbaycan neftinin qiyməti 106 dolları ötdü
06.11.2026 10:05 İqtisadiyyat

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dollar artıb.

TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,03 % artaraq 106,84 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər