İran amerikalı fermerlərin dolanışığını çökdürdü - VİDEO
Sentyabr və oktyabr aylarında Hörmüz boğazından gübrə daşıyan gəmilərin keçməməsi ABŞ fermerlərinə ciddi maliyyə zərbəsi vurub.
TodayPress TV xəbər verir ki, CSIS - iran, Fertilizer and Food Security- nin araşdırmasına görə, boğazda gəmi hərəkətinin dayanması fonunda ABŞ-da gübrə və yanacağın qiyməti kəskin yüksəlib.
Məlumata görə, müharibədən əvvəl dünyada satılan azot gübrəsinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınırdı.
Kanzas ştatında fosfatın qiyməti 29 faiz, kaliumun qiyməti 17 faiz, dizel yanacağının qiyməti isə təxminən iki dəfə artıb. Texasda isə dizel yanacağının bahalaşması 80 faizə çatıb.
Bildirilib ki, ABŞ-da fermer təsərrüfatlarının iflası artıq 46 faiz artıb. Ayova ştatında bəzi fermer ailələri əmlaklarının müsadirə olunması təhlükəsi ilə üzləşiblər.
Seçkilərdən əvvəl elan edilən 8 milyard dollarlıq yardım ödənişinin isə fermerlərin növbəti gübrə sifarişləri üçün artan xərcləri qarşılamağa kifayət etmədiyi vurğulanıb.
Məlumata görə, ABŞ-da siyasi müzakirələr də kəskinləşib. Vens Respublikaçıların Senatda itkilərini müharibə ilə əlaqələndirib, Marko Rubio isə qərarı liderliyin bədəli kimi müdafiə etməyə davam edir.
Jalə Rövşən