Günəşdə son həftələrin ən güclü alışması qeydə alındı
Günəşdə oktyabrın 10-dan bəri ən güclü alışma baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, Günəşdə gücü M3.6 səviyyəsində olan alışma qeydə alınıb. Partlayışın baş verdiyi sahənin Yer istiqamətinə nisbətən yaxın yerləşməsi səbəbindən atılan plazma buludlarının planetimizə çatması ehtimalı var.
Lakin mütəxəssislər hazırda hər hansı mənfi nəticə qeydə almayıblar və vəziyyəti izləməyə davam edirlər.
Aysel Mətləb