Azərbaycanda bu evlərin qiyməti bir ayda 5% bahalaşdı

Azərbaycanda  bu evlərin qiyməti bir ayda 5% bahalaşdı
05.11.2026 17:07 İqtisadiyyat

Bu ilin oktyabr ayında fərdi yaşayış evlərinin satış bazarında 5 % artımı müşahidə olunub.

TodayPress TV xəbər verir  ki, Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) verilən məlumata görə, oktyabrda bu seqment üzrə AQP indeksi 104,7-yə yüksəlib. Sentyabr ayının göstəricisi ilə müqayisədə artım 5 % təşkil edib.

Median normallaşdırılmış AHU göstəricisi 670,2, median ümumi satış təklifi isə 197 min manat olub.

Palatadan bildirilib ki, AHU göstəricisi yaşayış evlərinin sahə və digər xüsusiyyətlərini nəzərə alan normallaşdırılmış ölçüdür və manat/kvadratmetr qiyməti ilə eyniləşdirilməməlidir.

Fərdi yaşayış evlərinin kirayə bazarında isə indeksi sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb. Aylıq azalma 42,3 % təşkil edib. Median kirayə qiyməti 5,33 manat/kvadratmetr olub. AQP bu kəskin dəyişmənin eyni xüsusiyyətlərə malik evlərin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayır.

Göstəriciyə yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payının azalması, uzunmüddətli kirayə təkliflərinin üstünlük qazanması, eləcə də müşahidə olunan obyektlərin ərazi və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi təsir göstərə bilər.


XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər