Bir atış, iki texniki foul: NBA-da gərgin qarşıdurma - VİDEO

Bir atış, iki texniki foul: NBA-da gərgin qarşıdurma - VİDEO
06.11.2026 09:14 İdman

“Mayami Hit”in hücumçusu Bobbi Portis və “Qolden Steyt Uorriorz”un forvardı Corc Nyanq NBA-in 2026/2027-ci illər mövsümünün müntəzəm çempionatının oyunu zamanı mübahisə ediblər.

TodayPress TV xəbər verir ki, hadisə San-Fransiskoda yerləşən “Çeyz-senter” arenasında keçirilən “Qolden Steyt Uorriorz” – “Mayami Hit” matçında baş verib.

Basketbolçular meydanda üz-üzə dayanaraq bir-birinə etirazlarını bildiriblər. Hakimlər qarşıdurmaya görə hər iki oyunçuya texniki fol veriblər. Epizod ikinci rübün başa çatmasına 10 dəqiqə 54 saniyə qalmış, “Mayami”nin 32:28 hesabı ilə öndə olduğu vaxt qeydə alınıb.

Hadisəyə Bobbi Portisin dönərək səbətə etdiyi qeyri-dəqiq atışdan sonra yaranan vəziyyət səbəb olub.

İlk hissənin sonuna qədər “Qolden Steyt” hesabı bərabərləşdirərək komandaları fasiləyə 53:53 hesabı ilə yola salıb.

İlk yarının ən məhsuldar basketbolçusu “Mayami Hit”in forvardı Yanis Adetokumbo olub. O, 16 xal toplayıb və 10 ribaund edib.

Bobbi Portis meydanda keçirdiyi 10 dəqiqə ərzində 4 ribaundla yadda qalıb. Corc Nyanq isə 3 xal və 3 məhsuldar ötürmə ilə fərqlənib.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər