Türkiyədən Azərbaycana gizli yük keçirilməsinin qarşısı alındı

Türkiyədən Azərbaycana gizli yük keçirilməsinin qarşısı alındı
05.11.2026 16:32 İqtisadiyyat

Türkiyədən Azərbaycana gətirilən yük maşınında bəyan edilməmiş tibbi təyinatlı mallar aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçiriblər.

Yoxlama zamanı yük maşınının qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan, ümumilikdə 10 adda 480 ədəd tibbi təyinatlı məhsul aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər