Yaponiya Putinin qərarını ləğv etdirmək üçün Rusiyaya gedir

Yaponiya Putinin qərarını ləğv etdirmək üçün Rusiyaya gedir
06.11.2026 09:20 Dünya

Yaponiya hökuməti “Japan Tobacco International” (JTI) şirkətinin müvəqqəti idarəetməyə verilməsindən sonra Rusiyaya etirazını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiyanın maliyyə naziri Satsuki Katayama açıqlama verib.

Onun sözlərinə görə, Yaponiya hökuməti Rusiya tərəfini Yaponiya vətəndaşlarının və şirkətlərinin qanuni maraqlarının pozulmasına yol verməməyə dəfələrlə çağırıb.

“Bu tədbirlə əlaqədar olaraq, qəbul edilmiş qərarın ləğvi də daxil olmaqla, təcili tədbirlərin görülməsini tələb etdik”, – deyə nazir bildirib.

Qeyd edək ki, “Japan Tobacco” şirkətinin buraxılmış səhmlərinin 37,55 faizi Yaponiyaya məxsusdur.

“Nikkei” nəşrinin məlumatına görə, Rusiya prezidentinin qərarını ləğv etdirmək məqsədilə Yaponiyadan olan rəsmi şəxslərin nümayəndə heyəti Rusiyaya yola düşür.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər