Karri əfsanələrin sırasını dəyişdi: daha bir tarixi uğur!

Karri əfsanələrin sırasını dəyişdi: daha bir tarixi uğur!
11.12.2026 08:54 İdman

“Qolden Steyt Uorriorz” klubunun oyun qurucusu Stefen Karri NBA tarixinin ən çox xal toplayan basketbolçuları siyahısında 17-ci pilləyə yüksəlib.

TodayPress TV xəbər verir ki, dördqat NBA çempionu karyerası ərzində müntəzəm mövsüm oyunlarında 26 710 xal toplamış əfsanəvi Oskar Robertsonu geridə qoyub.

Karri bu tarixi nailiyyətə doğma meydanda “Mayami Hit”ə qarşı keçirilən görüşdə imza atıb.

Görüşün ilk rübünün başa çatmasına 7 dəqiqə 3 saniyə qalmış üçxallıq atışı dəqiq yerinə yetirən 38 yaşlı basketbolçu karyerası ərzində topladığı xalların sayını 26 711-ə çatdırıb. Bununla da o, Robertsonu qabaqlayaraq tarixi reytinqdə 17-ci pilləni ələ keçirib.

Siyahıda Karriyə ən yaxın basketbolçu hazırda “Denver Naggets”in formasını geyinən, NBA All-Star matçının altıqat iştirakçısı Demar Derozandır.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər