Tanınmış xanəndənin əri HƏBS EDİLDİ

Tanınmış xanəndənin əri HƏBS EDİLDİ
06.11.2026 09:47 Kriminal

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

TodayPres TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

TodayPres TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər