Traktorlar əlavə dəyər vergisindən azad olunacaq

Traktorlar əlavə dəyər vergisindən azad olunacaq
05.11.2026 11:46 İqtisadiyyat

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 2027-ci il yanvarın 1-dən 6 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

TodayPress TV xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı traktor istehsalının lokallaşdırılması və yerli istehsalın dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı traktorların satışının və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən, o cümlədən "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, kənd təsərrüfatı təyinatlı traktorların ehtiyat hissələrinin idxalının İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad olunması təklif edilir.

TodayPress TV 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər