Azərbaycanda "Uber"in adı dəyişdirildi

Azərbaycanda "Uber"in adı dəyişdirildi
06.11.2026 10:17 Sosial

Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.

TodayPress TV FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin "Quql Pley" (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.

TodayPress TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər