Ukrayna Krasnodarda neft emalı zavodunu vurdu - VİDEO

Ukrayna Krasnodarda neft emalı zavodunu vurdu - VİDEO
06.11.2026 09:34 Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən "Afipsky" neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib. 

TodayPress TV "The Kyiv İndependent"ə  istinadən xəbər verir ki,  məlumata görə, müəssisədə neftin ilkin emalı qurğularından biri zədələnib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadaları və yanğınsöndürmə qatarları cəlb olunub.

Ukrayna tərəfi bu cür strateji obyektlərin vurulmasını Rusiya ordusunun yanacaq və logistika təchizatını zəiflətmək məqsədi daşıdığını bildirir. Rusiya Rəqəmsal İnkişaf və Müdafiə Nazirliyi isə hücumla bağlı HHM vasitələrinin işə düşdüyünü bəyan etsə də, zavod ərazisindəki dəymiş ziyanı təkzib etməyib.

Xəsarət alanlar və dəymiş ziyanın dəqiq miqyası barədə araşdırmalar davam etdirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər