Azərbaycan nefti 4 dollar UCUZLAŞDI
"Azeri Light" markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 3,93 ABŞ dollar azalıb.
TodayPressTV xəbər verir ki, dünya bazarında "Azeri
Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,15 % azalaraq 120,68
ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin
orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən
aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə
2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.