Zirvələrin fatehi: Aşurludan növbəti tarixi uğur!

İdman

20.04.2026 14:39

Tanınmış alpinist İsrafil Aşurlu dünyanın 8000 metrdən yüksək olan növbəti zirvəsinə yüksələrək səkkizminliklər üzrə nailiyyətlərinin sayını 9-a çatdırıb və bu siyahıya Annapurna (8091 metr) zirvəsini əlavə edib.

TodayPress TV Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu nəticə çətin dağ şəraitində uzunmüddətli hazırlığın, düzgün qərarların və komanda ruhunun göstəricisidir. 

Səkkizminliklər yalnız fiziki güc deyil, eyni zamanda dözümlülük, səbr və dağa hörmət tələb edən mürəkkəb marşrutlardır.

İsrafil Aşurlu daha əvvəl də bir sıra səkkizminlik zirvələrə, o cümlədən Everest zirvəsinə yüksələrək Azərbaycan alpinizm tarixində mühüm nailiyyətlərə imza atıb və ölkəmizi beynəlxalq dağçılıq ictimaiyyətində layiqincə təmsil edib.

Qeyd edək ki, İsrafil Aşurlu keçmiş SSRİ məkanında yerləşən bütün 7000 metrlik zirvələrə yüksələrək “Qar bəbiri” tituluna layiq görülən ilk azərbaycanlı alpinistdir.

Namiq HUN

TodayPress TV

tag: İsrafil Aşurlu,Alpinist,Zirvə,Fəth,Uğur,Todaypress.tv,

photo