“Zirə” “Kəpəz”ə qalib gəldi

“Zirə” “Kəpəz”ə qalib gəldi
28.11.2025 16:41 İdman

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Kəpəz” - “Zirə” matçı paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

TodayPress TV xəbər verir ki, “Zirə” “Kəpəz”ə (2:0) qalib gəlib.

Yevlax şəhər stadionunda baş tutan oyunda hesab matçın ikinci hissəsində açılıb. 62-ci dəqiqədə Lerroy Mikels “Zirə”ni hesabda önə çıxarıb - 0:1.

84-cü dəqiqədə isə İssa Cibrila fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib - 0:2.

Premier Liqanın XIII turuna noyabrın 30-da yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər