Tramp Maskı Ukraynada geri addım atmağa məcbur etdi

Tramp Maskı Ukraynada geri addım atmağa məcbur etdi
23.10.2026 10:05 Dünya

ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna hərbçiləri üçün "Starlink" peyk internet sisteminə tətbiq olunan sürət məhdudiyyətini aradan qaldırdığını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, Tramp Vaşinqtonda jurnalistlərə açıqlamasında Maskla bu məsələni kimin müzakirə etməsindən asılı olmayaraq, məhdudiyyətlərin aradan qaldırılmasının əsas məsələ olduğunu bildirib. 

“Mən bu barədə şərh vermək istəmirəm. Bilirsiniz, zəng edən mən və ya başqası olub-olmamasının fərqi yoxdur. Məncə, əsas məsələ odur ki, o, hər şeyi əvvəlki vəziyyətinə qaytarıb”, - deyə Tramp qeyd edib. 

ABŞ prezidenti Maskla münasibətlərinin çox yaxşı olduğunu da vurğulayıb.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, Tramp cümə axşamı Maskla telefon danışığı apararaq Ukraynada Starlink sisteminə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

Nəşrin mənbələri "Starlink" xidmətinin keyfiyyətinin telefon danışığından qısa müddət sonra yaxşılaşdığını bildirib.

Jalə Rövşən

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər