Zədə yenə mane oldu – Dreyper böyük turniri buraxır!

İdman

20.04.2026 15:19

Böyük tennisdə daha bir itki yaşanıb.

TodayPress TV xəbər verir ki, dünya reytinqində 28-ci pillədə qərarlaşan Cek Dreyper aprelin 22-də start götürəcək Madrid Open tennis turnirində iştirak etməyəcək.

Britaniyalı raketka ustası ötən il bu yarışın finalçısı olmuşdu.

Dreyper daha əvvəl Barselona Open zamanı zədə səbəbindən mübarizəni dayandırmışdı. O, ilk turda Tomas Martin Etçeverri ilə qarşılaşmada həlledici setdə 1:4 geridə olarkən oyunu yarımçıq tərk edib. Məlumata görə, tennisçini sağ dizindəki problem narahat edir.

Xatırladaq ki, Dreyper 2025-ci ilin sentyabrında da zədə səbəbindən mövsümü erkən başa vurmuşdu.

Madrid turnirində daha bir ulduz - dünya reytinqinin ikinci nömrəsi Karlos Alkaras da zədə səbəbindən iştirak etməyəcək.

Namiq HUN

TodayPress TV

tag: Cek Dreyper,Madrid Open,Tennis,Karlos Alkaras,Todaypress.tv,