“WrestleMania” duyğusal anlar: Lesnar karyerasını başa vurdu

İdman

20.04.2026 10:03

Reslinq və MMA dünyasının əfsanəvi simalarından biri karyerasını başa vurub.

TodayPress TV xəbər verir ki, 48 yaşlı amerikalı idmançı Brok Lesnar “WrestleMania 42” şousu zamanı rəsmi olaraq karyerasını bitirdiyini açıqlayıb.

Onun World Wrestling Entertainment (WWE) çərçivəsində son döyüşü Nigeriya təmsilçisi Oba Femi ilə baş tutub. Qarşılaşma 10 dəqiqədən az davam edib və Femi rəqibini “powerbomb” fəndi ilə məğlub edib.

Döyüşdən sonra Lesnar rinqdə qalaraq göz yaşları içində əlcəklərini və çəkmələrini çıxarıb — bu isə döyüş idmanlarında karyeranın başa çatdığını simvolizə edən ənənəvi jestdir.

Qeyd edək ki, Lesnar zəngin karyerası ərzində:

7 dəfə WWE çempionu, 

3 dəfə Universal çempion, 

Ağır çəkidə UFC çempionu, 

New Japan Pro-Wrestling (IWGP) ağır çəki çempionu, 

NCAA üzrə güləş çempionu olub.

Namiq HUN

TodayPress TV

tag: Brok Lesnar,MMA,Karyera,Reslinq,Todaypress.tv,