Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub.
TodayPress TV xəbər verir ki, bu, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Boris Qrebennikovun baş məşqçi olduğu komandanın Portuqaliya yığması ilə oyunundan sonra reallaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 3:1 (21:25, 25:16, 25:12, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli daha əvvəl Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstana 1:3 hesabı ilə məğlub olub.