Müharibə mane ola bilmədi: ABŞ raketləri Estoniyaya çatdı

Müharibə mane ola bilmədi: ABŞ raketləri Estoniyaya çatdı
22.10.2026 19:06 Dünya

HIMARS yaylım atəşli reaktiv sistemləri üçün 70 km uçuş məsafəsinə malik raket partiyası ABŞ-dən Estoniyaya çatdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradio portalı ölkənin müdafiə naziri Martin Hereminə istinadən məlumat yayıb.

Baltikyanı respublikanın Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, döyüş sursatlarının tədarükü uzanıb. Məlumata görə, yazda ABŞ Yaxın Şərqdəki müharibə səbəbindən tədarükləri dayandırıb.

Tallin təxminən 70 km uçuş məsafəsinə malik GMLRS raketləri ilə yanaşı, 300 km-ə qədər uçuş məsafəsinə malik ATACMS raketləri də sifariş edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər