"Saudi Aramco" baş qərargahını boşaldır - Nə baş verir?

"Saudi Aramco" baş qərargahını boşaldır - Nə baş verir?
22.10.2026 18:42 Dünya

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti əməkdaşlarına Dəhrandakı baş qərargahını boşaltmağı və məsafədən işləməyi tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters"ə məsələ ilə tanış olan mənbələr məlumat verib.

Bildirilib ki, bu hadisə yaxınlıqdakı hava limanına hücum nəticəsində iki nəfərin öldürülməsindən bir gün sonra baş verib.

Bu addım İran müharibəsinin başlanmasından bəri "Aramco" şirkətinin əməkdaşlarından baş qərargahı boşaltmağı ilk dəfə tələb etməsi ilə yadda qalıb.

Xatırladaq ki, Yəmən husiləri bu ayın əvvəlində şirkətin baş qərargahına zərbə endirərək binaya ciddi ziyan vurublar. Yanğın binanın bir neçə mərtəbəsinə yayılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər