Fransada saxlanılanların sayı 3 minə çatır

Fransada saxlanılanların sayı 3 minə çatır
22.10.2026 19:51 Dünya

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2,7 min nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın ədliyyə naziri Jerald Darmanen brifinqdə jurnalistlərə məlumat verib.

“2,7 min nəfər saxlanılıb, onlardan 217-si şənbə günündən (17 oktyabr - red.) etibarən həbsdə saxlanılır”, – deyə o vurğulayıb

Darmanen qeyd edib ki, həbsdə saxlanılanların yarısının əvvəllər məhkumluğu olmayıb. O əlavə edib ki, son dərəcə sərt tədbirlər görülüb.

Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər