Rubio ABŞ-Rusiya dizel müqaviləsinə münasibət bildirdi

Rubio ABŞ-Rusiya dizel müqaviləsinə münasibət bildirdi
22.10.2026 21:07 Dünya

Rusiya dizel yanacağının tədarükü ilə bağlı Moskva və Vaşinqton arasında əldə olunan razılaşma bütün dünyada enerji bazarlarındakı vəziyyəti yaxşılaşdıra bilər.

TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “India Today” telekanalına müsahibəsində bildirib.

“Biz hələ də çox narahatıq və Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasına nail olmaq üçün əlimizdən gələni edirik. Biz, həmçinin müharibənin qlobal iqtisadiyyata göstərdiyi təsiri, Hörmüz boğazında və getdikcə daha çox Qırmızı dənizdə müşahidə etdiklərimizə əlavə olaraq, qəbul edirik.

Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp əlavə enerji resurslarının qısa müddət ərzində dünya bazarlarına çıxışını təmin etməklə müdrik qərar verib. Bu, təkcə bizə fayda verməyəcək. Əlbəttə, bu, ABŞ üçün sərfəlidir, lakin dizel yanacağının qiymətləri bütün dünyada yüksək olaraq qalır”, – deyə Rubio qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Danışıq zamanı onlar, xüsusilə, neft məhsullarının tədarükünü müzakirə ediblər. Rusiya liderinin sözlərinə görə, Moskva ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər