Polşa XİN rəhbərindən XƏBƏRDARLIQ: Putin öz gücünü olduğundan artıq hesab edir
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin yüksək səviyyəli beynəlxalq danışıqlarda iştirakını tənqid edib.
TodayPress TV xəbər verir ki, Sikorskinin sözlərinə görə, Putinə beynəlxalq nüfuzunu bərpa etmək imkanı vermək Ukrayna məsələsində heç bir güzəştə getmədən onun mövqelərini gücləndirir.
Nazir vurğulayıb ki, müharibəni dayandırmaq üçün təcavüzkara deyil, təcavüzün qurbanına təzyiq göstərilməlidir.
Sikorski qeyd edib ki, Putinin beynəlxalq səviyyədə qəbul edilməsi Rusiya liderində öz imkanlarının olduğundan daha güclü olduğu qənaətini möhkəmləndirir.
Polşa XİN rəhbəri Avropanın sülh danışıqlarına təsir imkanlarını qoruduğunu bildirib. Onun sözlərinə görə, bu imkanlara Ukraynaya hərbi və maliyyə dəstəyi, eləcə də dondurulmuş Rusiya aktivləri daxildir.
Kübra Musayeva